kanal14.az
kanal14.az

Çimərliklərdə ip çəkilib, taxta qoyulub: - Sosial məsafəni qorumaq üçün

Çimərliklərdə ip çəkilib, taxta qoyulub: - Sosial məsafəni qorumaq üçün
2-06-2021, 13:13 215 dəfə baxılıb

Çimərliklərdə ip çəkilib, taxta qoyulub:
Operativ Qərargah Azərbaycanda iyunun 10-dan etibarən çimərlik mövsümünün açılması ilə bağlı qərar verib.

Çirklənmə ilə əlaqədar Bakı və Bakıətrafı ərazilərdə dörd çimərliyin fəaliyyətinə icazə verilməyəcək. Belə ki, çirklənməyə məruz qaldığından Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyində insanların çimməsinə müvəqqəti qadağa qoyulub.

Ancaq insanları düşündürən məsələ həm də çimərliklərdən istifadə qaydasıdır.

Bakı şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Cebhe.info-ya bildirib ki, çimərliklər mövsümə artıq hazırdır:

"Tərəfimizdən Bakı şəhər ərazisində çimərliklərdə monitorinqlər aparılıb. Çimərliklərin mövcüd vəziyyəti müəyyənləşdirilib. Orada lazım olan təmizlik, bərpa, yenidənqurma işləri həyata keçirilib. Xüsusilə də 6 ictimai çimərlik var ki, onlarda sakinlərimizin və qonaqların istirahəti üçün hər bir şərait yaradılıb. Oradakı bütün şərait sakinlərimizin yaxşı istirahət etməsi nə imkan verir. Çimərliklərdə gücləndirilmiş komunnal xidmət əməkdaşları tərəfindən iş qurulub. Ərazidə olan tullantıların toplanması və daşınması həyata keçirilib”.

Şöbə müdiri bildirib ki, eyni zamanda səsgücləndiricilər vasitəsi ilə çimərlikdəki qaydalar əhaliyə bir daha xatırladılacaq:

"Orada məsafə ilə bağlı iplər və taxtalar müəyyən olunmuş ərazilər üzrə yerləşdirilib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA