Gündəm / Hadisə / Dünya

Kazanda məktəbdə atışma zamanı ölənlərin sayı 9-a çatdı - YENİLƏNİB

Kazanda məktəbdə atışma zamanı ölənlərin sayı 9-a çatdı
Kanal14.az: - Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada 1 müəllim və 8 şagird ölüb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, 4 nəfər xəstəxanaya yerləşdirilib.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. Bundan sonra partlayış səsləri eşidilib. İlkin məlumata görə, atəş açan yeniyetmə olub. O, saxlanılıb.

Hazırda uşaqlar evakuasiya olunur.

11:25
Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada bir müəllim və 6 şagird ölüb.

"Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. İlkin məlumata görə, atəş açanlardan biri saxlanılıb. Hazırda uşaqlar evakuasiya olunur.

"RİA Novosti” bildirib ki, hadisənin şəhərin 175 nömrəli məktəbində baş verdiyi güman edilir.