Gündəm / Siyasət

“Mən onların torpaqdan necə qisas aldığını görmüşəm”


"Ermənistan törətdiyi cinayətlərə görə maddi baxımdan da məsuliyyət daşıyır”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artistinin sözlərinə görə, Ermənistan Azərbaycan xalqına, Azərbaycan torpağına qarşı sərgilədiyi vəhşiliklərin cavabını bütün parametrlər üzrə ödəməlidir:

"Ermənistan vurduğu ziyana, törətdiyi dağıntı və talanlara görə maddi anlamda da cavab verməlidir. Mən savaş dönəmində o yerlərdə oldum. Mən ermənilərin torpaqdan necə qisas alığını gördüm. Düşünürəm ki, Ermənistanın maddi baxımdan məsuliyyətə cəlb edilməsi istiqamətində lazımi işlər görülür və rəsmi İrəvan yaxın gələcəkdə etdiyi vəhşiliklərə görə cavab verəcək”.