Gündəm / Siyasət

Ermənistanın bütün ittihamları əsassızdır - “Caucasus Review”

 Ermənistanın bütün ittihamları əsassızdır
Almaniyada çıxan "Caucasus Review” nəşrində Azərbaycan hökuməti tərəfindən Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə Ermənistana qarşı iddia qaldırılması barədə məlumat dərc edilib.
Məqalədə göstərilir ki , iddia ərizəsində Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi illər ərzində sonuncuya ciddi maddi ziyan vurmaqda ittiham edilir.

Azvision.az xəbər verir ki, nəşrin yaydığı məlumata görə, fevralın 1-də Ermənistan Azərbaycana qarşı cavab iddiası qaldırıb, lakin həmin iddiada hər hansı əsaslı ittiham göstərilmir. Azərbaycanın iddiasından fərqli olaraq, Ermənistanın bütün ittihamları əsassızdır, çünki Azərbaycan Ermənistanın ərazisini bircə gün belə işğal etməyib.

Lakin şübhə etmirik ki, AİHM kimin təcavüzkar və işğalçı, kimin isə təcavüz qurbanı olması məsələsini araşdıracaq, xüsusən ona görə ki, bu məhkəmənin əlində "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı presedent var. Həmin iş üzrə verdiktə əsasən, Ermənistan Azərbaycan ərazisini işğal etmiş dövlət hesab edilib.

Azərbaycan Ermənistanı hərbi cinayətlər törədilməsində ittiham edir və işğal illəri ərzində Azərbaycana vurulmuş ziyana görə kompensasiya tələb edir.