kanal14.az
kanal14.az

Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO

Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə
19-03-2021, 20:06 122 dəfə baxılıb

Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO


Azərbaycanda regionların "kiçik padşahları” adlandırılan rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır.
Çünki, Prezidentin etimadından sui-istifadə edən bəzi İcra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayaraq, mal-mülk və sərvət toplamaqla yanaşı, sadə vətəndaşları, qaziləri və aztəminatlı ailələri incitməkdən çəkinmirlər. Belə olduğu təqdirə isə ölkənin müxtəlif bölgələrində bir sıra narazılıqlar və etirazlar baş verir.

Məhz bu baxımdandır ki, 2019-cu ildən etibarən ölkə rəhbərinin göstərişinə əsasən bir çox dövlət qurumlarında kadr islahatlarına başlanıldı. Təbii ki, uzun illər öz "taxt-taclarını” qoruyub saxlayan bir sıra icra başçıları elə vəzifə başında həbs olunaraq, dəmir barmaqlıqlar arxasına göndərildilər. İslahat dalğası bir çox yüksəkçinli məmurların yuxusunu ərşə çəkmişdir. Amma, buna baxmayaraq hələ də öz məkrli niyyətlərindən əl çəkməyən bəzi məmurlar səltənət sevdasından ayrıla bilmirlər.

Bütün bunları nəzərə alan ölkə başçısı cənab İlham Əliyev son bir neçə ildir ki, gənc kadrların idarəçilik sistemində çalışmaları üçün onlara xüsusi etimad göstərir. Əfsuslar olsun ki, bəzi gənc icra başçıları göstərilən böyük etimadı doğrultmurlar. Onlardan biri də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Vahid oğlu Novruzovdur. Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Görünür yüksək vəzifəyə yeni təyinat almış gənc İcra başçısı zamanı özünə fürsət hesab edərək, rayonda qazi, veteran və şəhid ailələrinin problemlərini deyil, öz şəxsi çıxarlarını düşünür.

Bir neçə gün öncə DogruXeber.az informasiya agentliyinin redaksiyasına Naftalan şəhər Qasımbəyli kəndində yaşayan çavuş Tağıyev İlkin Həmid oğlu tərəfindən müraciət daxil olmuşdur. İ.Tağıyev 2015-ci ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmətə başlamış, 2016-cı ildə aprel döyüşlərində, həmçinin 2020-ci ilin sentyabr ayında başlanan ikinci Qarabağ savaşında da fəal iştirak etmişdir. Talışkənd və Suqovuşan istiqamətlərində gedən qızğın döyüşlər zamanı İkin Tağıyev ağır yaralanır. Düşmən tərəfindən atılan artilleriya mərmisindən yayılan qəlpələr İlkin Tağıyevin daban nahiyyəsini yarmış, çanaq büzdüm sümüyünü qırmış və bədəninin müxtəlif nahiyyələrinə ağır xəsarətlər yetirmişdir. İ.Tağıyev yaralandığı gün Ağdam Sarıcalı hospitalının Naftalan şəhərindəki bölməsində əməliyyat olunmuş, yaraların ağır olduğundan qanaxmanın qarşısını almaq mümkün olmadığı üçün Bakı Şəhərinə - Tibb Universitetinin Cərrahiyyə şöbəsinə götürülüb, burada həyatı təhlükəsini atlatmış, mualicəsini ambulator davam etdirmək üçün evə buraxılmışdır.

Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO
















Yaralı İ.Tağıyevin daha ağır günləri isə məhz bundan sonra başlayır. Rayon İcra başçısından gileylənən hərbiçi bildirir ki, yataq xəstəsi olduğu müddətdə cəmi bircə dəfə ziyarətinə gələn İcra başçısından dərman preparatlarını almaqda köməklik etməsini xahiş edib. O isə "yağlı" vəd verərək, lazımi köməkliklər göstəriləcəyini bildirib.

Atalar demişkən: "Sən saydığını say, gör başçı nə sayır.” İcra başçısının bu ziyarətindən qısa zaman sonra İlkinə dərman preparatları lazım olur. Bunun üçün RİH-də qazi və şəhid ailələrinin problemləri ilə məşqul olan Habil müəllimə zəng vurub ona köməklik etməsini xahiş edir. Habil müəllim isə bildirir ki, "hazırda həmin dərmanlar yoxdur. Sifariş vermişik, haçan gələrsə, o zaman sizə köməklik edərik.” İstəyi boşa çıxan İlkin ertəsi gün RİH-nə gedir və başçının qəbuluna düşmək istəyir. Təəssüflər olsun ki, başçı İlkini qəbul etmir. Ayaq üstə zorla dayanan İlkin növbəti dəfə qəbul otağındakı məsul şəxsdən tələb edib ki, "başçıya deyin gələn şəxs qazidir və ayaq üstə dura bilmir.” Qazinin bütün cəhdlərinə baxmayaraq başçı onu qəbul etməyib. Bir qədər keçdikdən sonra başçının müavini Arzu müəllim İlkini qəbul edərək, müraciətini dinləyib. İlkinin sözlərinə görə müavinin qəbulunda olsa da heç bir problemi öz həllini tapmayıb. Ümidləri qırılan qazi sonradan tələb edib ki, heç olmasa ona bir əsa versinlər, çətinliklə də olsa yeriyə bilsin. Nəhayət, qazinin israrlı tələbindən sonra ona bir əsa veriblər.
Onu da qeyd edək ki, öz evi olmadığı üçün 12 (on iki) nəfərlik ailə üzvləri ilə birlikdə yaşamağa məcbur olan İlkinin İcra hakimiyyətindən tələbləri o qədər də böyük deyildir.

Vətən üçün canından, qanından keçən cəsur, qəhrəman və igid oğullarımıza İH-i tərəfindən edilən bu cür hörmətsizlik yolverilməzdir. Ölkə Prezidenti cənab İlham Əliyevin qazilər, şəhid ailələri, veteranlar, əlillər üçün verdiyi göstəriş və tapşırıqlar görünür gənc İcra başçısı Vüqar Novruzova maraqlı deyil. Əgər Prezidentin göstərişlərinə ciddi yanaşsaydı, vətən uğrunda bədəninin 65% sağlamlığını itirən qazini saatlarla qapıda gözlətməzdi.

P.S. Redaksiyamıza daxil olan müraciətlə bağlı Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamxal Hümbətovla telefon əlaqəsi saxlayıb, qazinin müraciətinə münasibət bildirmələrini istədik. Sektor müdiri isə bildirdi ki, digər şöbələrlə əlaqə saxlayıb məsələ barəsində ətraflı məlumat verəcək. Təəssüflər olsun ki, RİH-dən məsələyə münasibət bildirilmədi.
P.S.S. Maraqlı məqam budur ki, qeyri iş saatında Naftalan şəhərini Milli Məclisdə təmsil edən Millət vəkili Anar Məmmədovun köməkçisi Günel xanım bizimlə əlaqə saxlayıb, qazinin gileyinin əsassız olduğunu, əslində onun bütün tələblərinin yerinə yetirildiyini bildirdi. Xanımın sözlərinə görə İlkin Tağıyevə kifayət qədər yardım olunub.

Bəli. Məşhur el misalında da deyildiyi kimi: "Heç kim öz ayranına turş deməz.” Təbii ki, Günel xanımın bu zəngi məqsədli idi. O, çalışırdı ki, İlkin Tağıyevin müraciəti redaksiyamızda işıqlanmasın. Hesab edirik ki, Günel xanımın bu cür mövqeyi İcra Hakimiyyətinin maraqlanlarına köklənmişdir. Bizə olunan bu təkliflərinin nəticəsiz oluğunu görüncə taktiki plan dəyişdirməyə qərar verdilər. Növbəti hamlələri isə qazi İ.Tağıyevə xüsusi şərtlər əsasında öz mövqeyini dəyişmək təklifi oldu.

Təklif bundan ibarət idi ki: "Biz sənin istəklərinin hər birini yerinə yetiririk. Əvəzində isə sən növbəti videorolik hazırlayacaqsan və orada deyəcəksən ki: "mətbuatda yayımlanan videonu çəkərkən əsəbi idim, özümdə deyildim. Əslində heç bir şikayətim yoxdur, İcra hakimiyyəti tərəfindən mənə lazımi köməklikər götərilir.” Sonra bu videoroliki ya bizə verirsən, ya da özün sosial şəbəkələrdə payalaşacaqsan.”

Təbii ki, İ.Tağıyev İcra Orqanının səlahiyyətli şəxsləri tərəfindən olunan bu təklifi rədd edərək, sonuna qədər haqlı mövqeyini dəyişməyəcəyini bildirib.
Belə olan halda, onlar qazinin mövqeyində nə qədər qətiyyətli, eyni zamanda məsələnin redakiyamızın diqqət mərkəzində olduğunu düşünərək, öz şərtlərindən vaz keçib, İ.Tağıyevin tələblərini qismən də olsa qeyri-şərtsiz təmin ediblər.
Məsələ diqqətimizdədir.
DogruXeber.az

Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO
Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO
Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO
Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO













































Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA