Gündəm / Sosial

Koronavirusa yoluxanların sayı şişirdilir? - “Manipulyasiya başqa rəqəmlərdədir...”

Koronavirusa yoluxanların sayı şişirdilir?
"Azərbaycanda koronavirusa yoluxanların sayı gedərək artır. Operativ Qərargahın rəqəmləri şişirtdiyini qətiyyən düşünmürəm”.

Sfera.az xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl deyib. O bildirib ki, koronavirusa bir dəfə yoluxan şəxslər yenidən yoluxa bilər:

"Ona görə də peyvənd olunmuş şəxsləri diqqətli olmağa çağırıram. Daha əvvəl yoluxma, yaxud peyvənd olunmaq zirehli jilet geyinmək kimidir. Hələ də bədəninizdə gülləyə açıq sahələr var, qəlpə isə jileti də dələ bilər”.

Mütəxəssis düşünür ki, TƏBİB-in açıqladığı rəqəmlərdə manipulyasiya yoxdur: "Manipulyasiya başqa rəqəmlərdədir. Azərbaycanda proqnozlaşdırılan ümumi yoluxma sayı 2 milyona çatmır”.

V.İsmayılın sözlərinə görə, koronavirusa rəğmən, əhali Novruz bayramını sərbəst keçirə biləcək:"Düşünürəm ki, qapanmalar martın sonu yaxud aprelin 3 və ya 4-cü həftəsində gələ bilər. Novruz günlərindən başlayaraq yoluxma rəqəmləri daha da artacaq”.