Bakı sakini naməlum şəraitdə bıçaqlanıb
Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib.
1971-ci il təvəllüdlü Şahbazov Rövşən Nizami oğlu naməlum şəraitdə bıçaqlanıb. O, hər iki qolu və qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.