Hadisə

Salyan sakini bıçaqlanıb

Salyan sakini bıçaqlanıb

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Kanal14.az apa-ya istinadən xəbər verir ki, hadisə Qarabağlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Atayev Rəsul Qəhrəman oğlu döş qəfəsi və ayağından bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.