Hadisə

Salyanda arvadını bıçaqlayandan sonra özünü yandıran şəxs dünyasını dəyişdi

Ötən gün Salyanda həyat yoldaşına bıçaqla xəsarət yetirib özünü yandıran şəxs xəstəxanada ölüb.

Kanal14.az Virtualaz.org-un Şirvan bürosunun məlumatına əsasən bildirir ki, Respublika Yanıq Mərkəzinə yerləşdirilmiş Kürsəngi kənd sakini, 32 yaşlı Məcid Kərimov ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.

***22:47

Salyanda baş verən ailə faciəsinin qısqanclıq zəmnində baş verdiyi deyilir.

Kürsəngi kənd sakini Məcid Asif oğlu Kərimovun bir neçə bıçaq xəsarəti yetirdiyi həyat yoldaşı həm də dayısı qızı olub.

M.Kərimov həyat yoldaşını bıçaqlıdıqdan sonra özünə də xəsarətlər yetirərək, üzərinə benzin tökərək özünü yandırıb. Ər və arvad Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilsələr də, ağır yanıq xəsarətləri alan M.Kərimov Respublika Yanıq Mərkəzinə aparılıb.

***18:41

Salyan rayonunun Kürsəngi kəndində ailə münaqişəsi zəmnində cinayət hadisəsi baş verib.

26 yaşlı kənd sakini Aysel Vahid qızı Kərimova həyat yoldaşı 32 yaşlı Məcid Kərimov tərəfindən bıçaqlanıb.Bundan sonra ər özünə od vuraraq yandırıb.Hazırda hər iki şəxs ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.