Gündəm / Dünya

Paşinyanın sarsaq, debil, gerizəkalı olduğunu düşünməyək - Replika

Paşinyanın sarsaq, debil, gerizəkalı olduğunu düşünməyək
Ermənistanın baş naziri Nikol Paşinyanın sarsaq, debil, gerizəkalı olduğunu düşünməyək.

Söz yox, Paşinyanın diplomatiyadan, böyük siyasətdən xəbəri yoxdur, elementar etika və etiket qaydalarını bilmir, cahildir və avantüristdir. Üstəlik, aqressiv və kinli adamdır, cılızdır, yaramazdır.

Amma...

Nikol Paşinyan sonadək mübarizə aparacaq, əsla istefa verməyəcək.

Bu, onun cəsarəti və ya qətiyyəti ilə bağlı deyil.

Nikol Paşinyan Ermənistandakı və Ermənistandan xaricdəki çox güclü, təmərküzləşmiş və şəbəkələşmiş qüvvələrin marionetkasıdır.

Maliyyə, siyasi və təşkilatı resursları çox olan bu qüvvələrə ağıllı, ciddi, hadisələrə təsir imkanlarına malik ermənilər rəhbərlik edirlər.

Həmin insanlar nə istədiklərini əla bilirlər və məqsədlərinə çatmaq üçün heç nədən çəkinmirlər.

O insanların indi bir məqsədi var: Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması.

Çünki daha da varlanmaq, daha çox milyardlar qazanmaq istəyirlər.

Nikol Paşinyan, Robert Köçəryan, Serj Sarqsyan kimi marionetlər bəhs etdiyim adamlar üçün sadəcə, bambılılardır.

Qarabağ, «Miasum» məsələsi bu adamlar üçün illər boyu ballast, qulpu qırılmış çamadan olub: nə atmaq olmur – heyifdir, nə də daşımaq olmur – qulpu yoxdur.

İndi o çamadandan qurtulma zamanıdır.

Ermənistanın gerçək sahibləri də onlardır.