Gündəm / Siyasət

Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının vaksinasiyası başa çatdı

 Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının vaksinasiyası başa çatdı

 

 

  

 

 

 

 

 

 

 

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin "Sputnik-V"in ikinci komponenti ilə peyvəndlənməsi başa çatıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Peyvəndlənmə kontingentin hərbi həkimləri tərəfindən aparılıb. 1900-dən çox Rusiya hərbçisinə qrafikə uyğun olaraq peyvənd vurulub.

Peyvəndləmə həm səyyar səhra xəstəxanasında, həm də bütün müşahidə məntəqələrində səyyar həkim qrupları tərəfindən həyata keçirilib.