Gündəm / Dünya

İrəvanın eks-merinin həbsinə hazırlıq gedir

 İrəvanın eks-merinin həbsinə hazırlıq gedir
 
 
 
 
 
 
 
 
 
 
İrəvanın keçmiş meri Taron Markaryana qarşı səlahiyyətlərini aşmaq ittihamı irəli sürülüb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Xidməti yayıb. Məlumata görə, Markaryan 2011-2014-cü illərdə özü və yaxınları üçün torpaq əraziləri əldə etmək məqsədiylə paytaxt məktəblərinə məxsus ərazi planlarının yenidən nəzərdən keçirilməsi prosesinin təşəbbüskarı olub.

İstintaq Komitəsi eyni iddianı Ermənistan hökuməti yanında Dövlət Əmlakı İdarəsinin rəhbəri Arman Saakayana, eləcə də İrəvan meriyasının əməkdaşları Andranik Kasaryan və Arsen Amyana qarşı da irəli sürüb.

Qeyd edək ki, Markaryan 2018-ci ildə vəzifəsindən istefaya göndərilib. O, istefaya getdikdən dərhal sonra ölkəni tərk edərək, Moskvaya qaçıb. Markaryan Serj Sərkisyanın ən yaxın adamlarından biri olub. Üstəlik, onun atasının 90-cı illərin sonu və 2000-ci illərdə Respublikaçılar Partiyasının təsisçilərindən biri olması, Markaryanı hakimiyyət daxilində nüfuzlu edib.