Dünya

Bakı ilə İrəvan arasındakı vasitəçilik faydalı deyil - Brayza

Azərbaycan və Ermənistan arasında konfliktin qarşısını almaq üçün mövcud beynəlxalq vasitəçilik mexanizmi istifadə üçün faydalı deyil.

Kanal14.az bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. O, Ankara və Moskvanın diplomatik vakuumu doldura və bunun sayəsində öz müttəfiqlərinin danışıqlar masası ətrafına oturmağına imkan yarada biləcəyini söyləyib:

"ABŞ və ya AB-nin mövcud olmadığı şəraitdə Türkiyə və Rusiya Azərbaycanla Ermənistanı döyüş meydanından danışıqlar masasına oturda bilər”.

(Axar.az)