Dünya

Tramp: Rusiyaya gizli hücum barədə əmr verdim...

2018-ci ildə Rusiyanın İnternet Tədqiqatları Agentliyinə gizli kiberhücumun başladılmasıyla bağlı tapşırıq vermişəm.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Vaşinqton Post”a müsahibəsində deyib.

Tramp sələfi Barak Obamanın Rusiyanın bu agentliyinin fəaliyyəti barədə məlumatlı olduğunu, amma seçkidə Hillari Klintonun qələbə qazandığını düşünərək, ona qarşı tədbirlər görmədiyini bildirib.

O, Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı kəşfiyyatın təqdim etdiyi məlumatlar əsasında hücum barədə tapşırıq verdiyini söyləyib. Prezident bununla Rusiyanın kibernetik imkanlarına zərbə endirdiklərini deyib.

Qeyd edək ki, Rusiyanın İnternet Tədqiqatları Agentliyinin ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyi bildirilir.