Dünya

Lukaşenkoya xəbərdarlıq: “Əlaqələrimizin açarı...”

"Belarusda Prezident Aleksandr Lukaşenkonun siyasi rəqiblərinin həbsi ilə bağlı məlumatlarla əlaqədar olaraq, Vaşinqton Minskdən insan hüquqlarının təmin edilməsi üçün səyləri artırmasını tələb edir”.

Kanal14.az Teleqraf.com -a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

"Prezident Lukaşenkonun rəqibi Viktor Babarikonun Belarusda tutulması ilə bağlı xəbərlərdən narahatıq. Biz, Belarus hökumətini insan hüquqları və demokratiya sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün addımlar atmağa dəvət edirik”, - açıqlamada qeyd edilib.

Bununla yanaşı, açıqlamada ABŞ Belarusla ikitərəfli əlaqələrin dərinləşməsini respublikada insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması ilə birbaşa əlaqələndirdiyi xəbərdarlığını edib:

"Əsas azadlıqlara, o cümlədən, dinc toplaşmaq, ifadə və birliklərdə iştirak etmək azadlığına hörmət, ABŞ-Belarus ikitərəfli münasibətlərinin möhkəmləndirilməsinin açarıdır. Sərbəst və ədalətli seçkilər təkcə seçki günü baş vermir. Belarus hökumətini hamının seçkidə iştirak etməsi üçün bərabər şərtləri, o cümlədən namizədlərin qeydiyyatı, mediaya çıxış və seçki kampaniyasının digər aspektləri ilə bağlı təmin etməyə çağırırıq”.