Dünya

Paşinyana qarşı üç partiya birləşir

Ermənistanda Artur Vanetsyanın Ayrenik Partiyası, Daşnaksütyun Partiyası və Qagik Çarukyanın Çiçəklənən Ermənistan Partiyası razılığa gəlib.

Kanal14.az bildirir ki, bu məlumatı eməni mediası yayıb.

"Onlar əməkdaşlıq ərəfəsindədirlər, amma bununla belə, başqa siyasi qüvvələrin də qarşılıqlı fəaliyyəti istisna edilmir. Siyasi qüvvələr hələlik birgə bəyanat yaymağa tələsmirlər. Hər şey fövqəladə rejimin bitməsindən sonra aydın olacaq. Hakimiyyət isə istənilən vasitə ilə onu uzatmağa cəhd edəcək”, – deyə məlumatda qeyd edilib.

(Axar.az)