Dünya

Tereza Mey istefa verdi

Milli.Az Mirror-a istinadla xəbər verir ki, hazırda iqamətgahında canlı yayımda çıxış edən baş nazir iyun ayının 7-də vəzifəsini tərk edəcəyini söyləyib.

"Əlimdən gələnin ən yaxşısını etdim", - deyə baş nazir çıxışı zamanı bildirib.

Ötən axşam Britaniya parlamentinin Nümayəndələr Palatasının lideri Andrea Lids Brexit məsələsi ilə bağlı onunla Baş nazir arasında düşən ixtilaflara görə istefa verib.