Dünya

ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

http://olke.az/uploads/1550090052/senat.jpg
 
ABŞ senatı Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini gündəliyə daxil edib.

Kanal14.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə senator Bob Menendesin çərşənbə günü yayılan bəyanatında deyilir.

"Hərtərəfli qanunvericilik Rusiyanın xarici ölkələrdə gedən demokratik proseslərə müdaxiləsinə, Suriyaya göstərdiyi zərərli təsirlərə və Ukraynaya qarşı təcavüzünə, o cümlədən Kerç boğazındakı insidentə cavab olaraq Rusiya Federasiyasına iqtisadi, siyasi və diplomatik təzyiqi artırmağa yönəlib”, - deyə bəyanatda bildirilir.