Dünya

ABŞ Somalini bombaladı — 50-dən çox terrorçu məhv edildi

http://olke.az/uploads/1547962553/somali.jpg
 
 
ABŞ-ın Somalidə endirdiyi hava zərbələri nəticəsində "Əş-Şabab" terror qruplaşmasının 50-dən üzvü ölüb.

"Kanal14.az” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ silahlı qüvvələrinin Afrika komandanlığı məlumat yayıb.

Xəbərə əsasən, aviazərbə ölkənin cənubunda yerləşən Orta Cubba əyalətinin Cilib şəhəri yaxınlığındakı hədəflərə endirilib.

 

Bildirilir ki, raket zərbələri terrorçuların Somali milli ordusuna hücumuna cavab olub.