Dünya

ABŞ hökuməti işini dayandırıb

ABŞ hökuməti işini dayandırıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ABŞ-da federal hökumət müəssisələrinin əksəriyyəti fəaliyyətini qismən dayandırıb.

"DogruXeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, buna Senatın və nümayəndələr palatasının gələcək büdcəni təsdiqləməməsi  səbəb olub. Ölkənin Daxili Təhlükəsizlik, Ədliyyə Nazirliyi, Tikinti və Şəhər İnkişafı Nazirliyi, eləcə də digər qurumlar artıq işləmir. Qeyd edilir ki, 40 il ərzində ilk dəfədir ki, 1 ildə üç dəfə qurumlar işini dayandırır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp hökumətin işinin uzun müddət dayandırılmasına tam hazır olduqlarını bildirmişdi