Dünya

“Sarı jiletli”lərin etiraz aksiyası başladı - FOTOLAR

“Sarı jiletli”lərin etiraz aksiyası başladı - FOTOLAR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Fransada "Sarı jiletli”lərin etiraz aksiyası başlayıb.
 Aksiya iştirakçıları "Qələbə”, "Ulduz” meydanları və Yelisey çölü istiqamətində hərəkət edir.

Fransanın paytaxtı Paris şəhərində etiraz aksiyası başlamazdan əvvəl - dekbarın 8-i səhər saatlarında 228-dən çox etirazçı saxlanılıb.

Saxlanılarkən 34 nəfərin üzərində maska və çəkic aşkar edilib.

Qeyd edək ki, noyabrın 17-də Fransada avtomobil yanacaqlarının qiymətlərinin bahalaşacağına qarşı etiraz aksiyası keçirilir. Bu gün irimiqyaslı etiraz aksiyasının keçiriləcəyi gözlənilir. Həmçinin bu gün Belçika və Hollandiyada da etirazçılara dəstək aksiyasının keçiriləcəyi planlaşdırılır.