Cəmiyyət

Azərbaycanın daha bir şəhər və bir rayonunda sərt karantin rejimi tətbiq ediləcək

Azərbaycanın daha bir şəhər və bir rayonunda sərt karantin rejimi tətbiq ediləcək

Sentyabrın 1-dən Şirvan şəhərində və Hacıqabul rayonunda da sərtləşdirilmiş karantin rejiminin tətbiq ediləcəyi gözlənilir.

Kanal14.az Pravda.az-ın əldə etdiyi məlumata əsasən bildirir ki, buna səbəb həmin şəhər və rayonda koronavirusa yoluxanların sayının artmasıdır.

Sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar müvafiq göstərişlərin verildiyi bildirilir.