Cəmiyyət / Dünya

"Tesla"nın yeni "kəpənəkli" zavodu "ekoloji cənnət" olacaq



"Tesla" şirkətinin icraçı direktoru İlon Mask rüblük hesabatla bağlı mətbuat konfransı zamanı ABŞ-ın Texas ştatının Ostin şəhərində yeni və qeyri-adi avtomobil zavodunun inşasına başladığını elan edib.



Kanal14.az bildirir ki, bu barədə "The Verge" yazır.

 
Belə ki, iş adamı zavodun "ekoloji cənnət" olacağını və istənilən şəxsin oranı ziyarət edə biləcəyini bildirib.

Burada dənizkənarı taxta döşəməli yol, eləcə də velosiped və piyada gəzinti üçün yollar olacaq.

"Ağaclarda quşlar olacaq, kəpənəklər uçuşacaq, çaylarda balıqlar üzəcək", - deyə Mask həmin məkanı təsvir edib.

Zavodun inşası ötən həftə sonu başlayıb. Müəssisəyə təxminən 850 hektar ərazi ayrılıb.
(Big.az)