Şou

Təxminən 40 milyonluq iki villasını satışa çıxardı

Təxminən 40 milyonluq iki villasını satışa çıxardı

ABŞ-ın "Zillow” onlayn daşınmaz əmlak portalında biznesmen İlon Maska məxsus iki ev satışa çıxarılıb.

"BBC”yə istinadən verdiyimiz xəbərə görə, "Tesla” və "SpaceX” şirkətlərinin rəhbəri rieltorların iştirakı olmadan özü 9,5 milyon və 30 milyon dollar dəyərindəki obyektlərini satır. Hər iki malikanə ABŞ-da, Los-Anceles sərhədində yerləşir. 

Digəri ilə müqayisədə daha ucuz qiymətə satılan villa əvvəllər Hollivud aktyoru Cin Uaylderə məxsus olub.

 

Bildirilir ki, 30 milyonluq əmlakın ərazisində tennis kortu, üzgüçülük hovuzu və bağça mövcuddur. Evin pəncərələrindən okean mənzərələrini görmək mümkündür.

"BBC” yazır ki, rieltorlar hələ də nə baş verdiyini anlaya bilmirlər. Bəziləri ehtimal edir ki, elan real deyil, hakerlər sayta hücum edərək belə bir məlumat yerləşdiriblər.

Qeyd edək ki, sahibkar mayın 1-də öz tvitter mikrobloqunda bütün daşınmaz əmlakını satışa çıxaracağı barədə məlumat yaymışdı: "Mənim daha evim olmayacaq”