Cəmiyyət

Xırdalanda daha bir küçə əsaslı şəkildə yenidən qurulur - FOTO

Xırdalanda daha bir küçə əsaslı şəkildə yenidən qurulur - FOTO





 
 
 
 
 
 
 
 



Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığı və Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə əsaslı şəkildə yenidən qurulan Məhəmməd Əmin Rəsulzadə küçəsinin uzunluğu 1120 m , eni isə ortalama 14 m təşkil edir. Asfaltlanma işləri 24 min kv.m sahəni əhatə edir.

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada səkiləri yenidən qurulub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 1400 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb. Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Hazırda adı çəkilən küçədə asfaltlanma işləri aparılır.

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Xırdalanda daha bir küçə əsaslı şəkildə yenidən qurulur - FOTO
Xırdalanda daha bir küçə əsaslı şəkildə yenidən qurulur - FOTO