Cəmiyyət

Təhsilini dondurub, orduya gedən nişanlı şəhidimiz

Təhsilini dondurub, orduya gedən nişanlı şəhidimiz
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Şəhidimiz Ələsgərov Mətləb Vüqar oglu 18 iyul 1999-cu ildə Ağstafa rayon Köçəsgər kəndində anadan olub.

Kanal14.az bildirir ki, Mətləb 2016-cı ildə 572 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənayə Universitetində daxil olur. O 2020-ci ildə bakalavr təhsilini bitirib, ADNSU-da magistraturaya qəbul olur, amma təhsilini donduraraq 23.07.2020-ci il tarixində hərbi xidmətə yollanır.

 

Böyük Vətən Müharibəsinin gedişində - 10 oktyabr 2020-ci il tarixində şəhid olur və doğulduğu Ağstafa rayonu Köçəsgər kəndində dəfn olunur.

Mətləb Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Nişanlı idi, əsgərlikdən dönəndən sonra toy etməyi planlaşdırırdı.

Allah rəhmət eləsin.

(Big.az)