Cəmiyyət

Xəstəxanaya gedən yaralı əsgər döyüşməkçün ağladı - Hərbi həkim xidmətə can atan əsgərlərdən DANIŞDI

Xəstəxanaya gedən yaralı əsgər döyüşməkçün ağladı - Hərbi həkim xidmətə can atan əsgərlərdən DANIŞDI
 
 
 
 
 
 
 

Vətən müharibəsində iştirak edən həkimlərimizin qarşılaşdığı çətinliklər, hərbi xidmətiləri dövründə yadigar qalan xatirələri maraq doğuran məqamlardandır. Əsgərlərlə bərabər sinəsinə sipər çəkib, Vətəni qorumaqda canı bahasına onların da xidmətləri qaçılmazdır.

Belə həkimlərdən biri də Asif Quliyevdir.Kanal14.az bildirir ki,o xidmət dövründə əsgərlərlə dialoqlarını Sonxeber.az-la bölüşüb:

 

"Mənə hərbi həkim kimi xidmət etməyə şans yarandı. Ürəklə, könüllü gedib xidmət etməyi istədim. Vətən müharibəsində xidmət etməyi özümə borc bildim. Cəbhədə olduğum müddət ərzində əsgərlərimizin heyrətamiz hekayələrini dinlədim. Ən sonuncu əsgərimizi şəhərə apararkən, o bud- çanaq oynağından ağır yaralı idi. Əsgər bunun fərqində deyildi. Həmin vaxtı hara gedəcəyini öyrənmək istəyən əsgərə xəstəxanaya getməli olduğumuzu deyəndə o ağladı. Əsgər mən getmirəm, məni cəbhəyə aparmağınızı istəyirəm deyirdi. Biz ona başa salırdıq ki, sən belə vəziyyətdə cəbhəyə gedə bilmərsən axı. O isə yeriyə bilməsə də ağlayırdı ki, buraxın məni cəbhəyə gedim. Həqiqətən də bu hal bizi üzdü.

Digər əsgər isə ağlayırdı ki, mən niyə tez yaralandım, xidmət etmək istəyirdim.

Bizim əsgərlərimiz tarix yazdı".