Ombudsman Gəncədə yaralılara baş çəkdi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gəncədə həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb.
Kanal14.az Ombudsman Aparatından verilən məlumata əsasən bildirir ki, Ombudsman həmçinin hər iki valideyni dağıntılar altında qalan və hazırda taleləri barədə məlumat olmayan yaralanmış uşağa baş çəkib. 2 uşağın isə taleyi barədə hələ də məlumat yoxdur.