---

“Əgər bizim televiziyaya dünya baxırsa...”


"Ümumiyyətlə, muğamla bağlı müsabiqələr səviyyəli şəkildə təşkil olunursa, niyə də olmasın. İndi bir az muğama dəbdəbəli formada baxırlar”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Möhlət Müslümov deyib. Məşhur Tarzən muğam haqda anlayışı olmayan adamların yazı yazmasının yolverilməz olduğunu bildirib:
"Ümumiyyətlə, muğamla bağlı müsabiqələr səviyyəli şəkildə təşkil olunursa, niyə də olmasın. İndi bir az muğama dəbdəbəli formada baxırlar. Sovet vaxtı muğamı bilməyən adamlar bu haqda məqalə yazırdı. Soruşanda ki, bu haqda niyə yazırsan? Rus dilində deyirdi ki, "potomu çto modnu”. Muğam haqda gərək onu müdafiə etməyi bacaran adam yazsın. Bu gün müəyyən muğam müsabiqələri keçirilirsə, orda layiqli münsif varsa, bunun olmağı yaxşıdır. Amma analoqu olmayan muğam müsabiqəsi Heydər Əliyev Fondunun keçirdiyi müsabiqədir. Bu gün muğamı dünyaya tanıdan o musabiqədir. Əgər bizim televiziyaya dünya baxırsa, qoy muğamın bizə məxsus olduğunu görsünlər. Onsuz da bunu bilirlər”.