Gündəm / Şou

"Qızıllarımı satıb yedim, indi gözləyirəm ki, nə vaxt öləcəm"


"Nəsə yardım edəndə onu tərifləmələrini istəmirəm. Amma adamın qəlbini qırmaq olmaz. Mən dincəlməmişəm, yatmamışam, çalışmışam. Əlimdən gələn köməkliyi etmişəm. Bizim pulumuz guya nə qədərdir? Bir gün toya gedəndə, beş gün üzüüstə yatmışam. Səs-küydən başımız ağrıyıb. Bir ildir evdə oturmuşuq. Kimsə çıxıb dedi ki, bunlar necə dolanır?".

Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Günün sədası" proqramında deyib. Bir ildir toya getməyən muğam ifaçısı sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən bəhs edib:

"Bütün xalq üçün nəşə edə bilmərəm. Ancaq ətrafıma əl tutdum. Sosial şəbəkədə nələr yazırlar. Kimsə soruşur bir ildir müğənnilər heç yana getmirlər, nə edirlər? Oturub gözləyirik ki, nə vaxt pandemiyadan öləcəyik. İndi bir məqsədimiz var, nə vaxt öləcəyik? Bunu niyə danırıq? Bizim işimiz musiqidir, onsuz yaşaya bilmərik. Biz toya gedəndə pulun hamısını özümüzə götürməmişik. Musiqiçilərə də qonorar vermişik. Heç musiqiçinin arxasınca danışarlar? Kiminsə şad günü olur, gedib əyləndiririk.

Evdə oturmaqdan gərginləşirik. Toy çətindir, bunu bütün sənət adamları bilir. Amma bu əziyyətə baxmayaraq, pandemiya başlayandan gərginik. İnsanlar elə başa düşür ki, nəsə çatışmazlıqdan, aclıqdan edirik. Bu, sənət aclığıdır. Bu durum bizi öldürür. Yığışardıq, oxuyardıq. Bütün sənət dostlarım üçün darıxıram. Bir tikə şor-çörəklə doyan adamam. Qızıllarımı satmışam, yemişəm.

Narahat həyat yaşayırıq. Kimsə evə gələndə az qalır maşını maykada yuyan kimi adamı yuyasan, spirtləyirsən. Yorulmuşam, adamın ürəyi nə qədər partlayar, nə qədər evdə oturasan. Paltar tikdim, kim alacaq". //Axşam.az/