Şou

"Sən yaşadığım ən gözəl..."-Röyadan maraqlı PAYLAŞIM

"Sən yaşadığım ən gözəl..."-Röyadan maraqlı PAYLAŞIM
 
 
 
 
 
 
 
 
 

 
 
 

Xalq artisti Röya Ayxan "İnstagram" hesabında maraqlı paylaşım edib.

Kanal14.az bildirir ki, müğənni sosial şəbəkə hesabında sözləri Zəlimxan Yaquba məxsus, Mikayıl Mirzənin ifasında səslənən şeri paylaşaraq, bu sözləri yazıb:

 

"Sən yaşadığım ən gözəl ilsən 2020, zəfər ilim.

Dahi Zəlimxan Yaqu,sizə və "Sizi qınamıram"şerinizi bu cür duyğularla bizə çatdıran Mikayıl Mirzəyə rəhmət diləyirəm, ruhunuz şad olsun, rahat yatın.

Hər dəfə bu şeri dinləyəndə Xocalı dərdi, Şuşa əzabı, Laçın ağrıları yada düşürdü.

Artıq içimizdə olan bu kədər bitir, Allah bizi eşidir və biz qalib gəlirik.

Hər kəs ayağa qalxıb, yumruq kimi birləşib, bu torpağı xilas etdi.

Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan Ordusu, yaşasın Azərbaycanın Ali Baş Komandanı!"