Gündəm

Xalq artisti Röya gənc müğənniyə “Gəlmə yaxınıma” dedi - VİDEO

Xalq artisti Röya gənc müğənniyə “Gəlmə yaxınıma” dedi - VİDEO
 
 
 
 
 
 
 
 
 

Xalq artisti Röya Ayxan 2020-ci ildə gənc müğənni ilə yeni duet oxuyub. 

kanal14 xəbər verir ki, bu barədə Xalq artisti "Instagram” səhifəsində müğənni Yaşar Cəlilovla birlikdə təqdim edəcəyi duet ilə bağlı ilk dəfə paylaşım edib.

Saytımıza danışan Yaşar Cəlilovun prodüseri Vüsalə Kərimova mahnının yaxın günlərdə kliplə birgə təqdim ediləcəyini bildirib:

"Təklif Yaşar tərəfindən olub. Yaşar hər zaman Röyanı sevdiyini, Azərbaycanda dinlədiyi yeganə müğənni olduğunu deyib. Yaşar onunla duet oxumağı çox istəyirdi. Təsadüfən Yaşar Röyaya duet oxumağı təklif etdi. Röya da bu təklifi qəbul etdi. O, "Gəlmə yaxınıma” adlı lirik mahnı xoşuna gəldiyi üçün duet oxuya biləcəyini söylədi. 

Mahnını Yaşara doğum günündə mən təqdim etmişəm. Hazırda kliplə bağlı danışıqlar gedir. Mahnının təqdimatı kliplə birgə olacaq. Rejissorun klipin çəkiliş günü üçün gün təyin etməsini gözləyirik. Amma klipin tezliklə təqdim olunmasını istəyirik”.

oxu.az