Sosial

Deputat qonşu qadının bulğanı sökdürüb-ŞOK GƏLIŞMƏ

Deputat qonşu qadının bulğanı sökdürüb-ŞOK GƏLIŞMƏ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
Gürcüstanın Marneuli rayonu, Lejbədin kəndində yaşayan soydaşımız, tənha yaşayan xanım, Roza Məmmədova, Gürcüstan Parlamentinin "Gürcü Arzusu” Siyasi partiyaslndan olan, proporsional deputatı Mahir Dərziyevdən ''Gündəm Xəbər''in redaksiyasına maraqlı məlumat göndərib və başına gələn xoşagəlməz hadisə haqqında Marneuli FM Radiosuna şikayət edən qadın həmçinin yaxın zamanlarda Gürcüstan Parlamentinin Sədri İrakli Kobaxidzeyə, Parlamentin İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsinin Sədri Sofia Qiladzeyə, Xalq Müdafiəçisi (Ombudsmen) Nino Lomcariyaya və Daxili İşlər Naziri Girogi Qaxariyaya şikayət göndərəcəyini bildirib. 

Marneuli FM radiosuna danışan Roza Məmmədova deyib ki, Parlamentin deputatı Mahir Dərziyevin onun həyətində yerləşən su ''krantı''nın ətrafında olan daşları söküb aparmışdır. Roza xanım bildirib ki, Mahir Dərziyev həmin daşları evinə apararaq toyuq hini tikib. Bu hadisə gecə saatlarında baş verib və Mahir Dərziyev qonşusunun evdə olmamasından istifadə edib qonşunun həyətindəki bulağın daşlarını sökdürüb öz villasının həyətinə daşıdırıb. Daha sonra isə toyuq hini inşa etdirib.

Roza Məmmədova Marneuli rayonun Lejbədin kəndində tək yaşayır, onun yeganə oğlu isə Gürcüstanın Saqareco raoyununda çobanliq edir. Tənha qadını narhat edən məslələrdən biri də deputat mahir Dərziyevin kasıb, vəzifəli qohumları olmayan öz kənçilərinə qarşı aqressiv davranması və yuxarıdan aşağı baxmasıdır.