Siyasət / Dünya

“Lukaşenko Rusiyadan üzr istəməyəcək, çünki…” - Jarixin

respublika başçısı seçilməsi fonunda bir gün əvvəl keçirilən icazəsiz etirazlardan sonra "vintləri bərkitmə” yolunu davam etdirəcək”.

Kanal14.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiyanın MDB İnstitutu direktorunun müavini Vladimir Jarixin deyib.

"Düşünürəm ki, Lukaşenkonun liberallaşdırma yolu deyil, "vintləri bərkitmə” yolunu tutması daha çox ehtimal olunur. Bu, siyasi müxalifətin ciddi liderinin olmaması ilə əlaqədardır, yəni, bu danışıqlar aparacaq heç kimin olmadığını göstərir”, - Jarixin bildirib.

Ekspert qeyd edib ki, Belarusda əvvəllər keçirilən seçkilərdən sonra bu həddə gərginlik olmayıb: "Bu dəfə etiraz əhval-ruhiyyəsinin əsas katalizatoru əsas namizəd - Lukaşenkonun özü idi. Təbii ki, çox adam ondan bezib və rəhbərlik də daxil olmaqla dəyişikliklər istədi. Digər tərəfdən bir çox seçici bu yorğunluğa və ondan narazı qalmasına baxmayaraq, ona iqtisadi və siyasi əlaqələrin qarantı kimi səs verdi”.

Rusiya-Belarus münasibətlərinin gələcəyi ilə bağlı məsələyə toxunan Jarixin Lukaşenkonun Minsk yaxınlığında saxlanılan Rusiya vətəndaşlarının sərbəst buraxılmasını əmr edəcəyini istisna etməyib: "Ancaq açıq deyək: Lukaşenkodan üzr gözləməməliyik. Çünki o, üzr istəyəcək adam deyil”.

Dünən Belarusda prezident seçkiləri keçirilib. Respublikanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina bütün dairələrdə hazırkı Prezident Aleksandr Lukaşenkonun qalib gəldiyini söyləyib.

MSK sədrinin açıqlamasından sonra paytaxt Minskdə səsvermənin nəticələrinə qarşı kütləvi etiraz aksiyaları başlayıb.