Siyasət

Azərbaycan üçün Donald Tramp yaxud Co Bayden ?- POLİTOLOQ

Azərbaycan üçün Donald Tramp yaxud Co Bayden ?- POLİTOLOQ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

ABŞ-da keçirilən seçkilər beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan bir siyasi hadisədir. Respublikaçıların namizədi D. Tramp və Demokratların namizədi C.Bayden hər iki şəxs kifayət qədər ciddi siyasi çəkiyə malik şəxslərdir.

Kanal14.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bu gün keçiriləcək ABŞ seçkilərinə münasibət bildirərkən deyib:

 

"Amerika seçicsi və seçki kollegiyasının verəcəyi qərar növbəti 4 ildə ABŞ -ın idarə edilməsi, həmçinin qlobal müstəvidə rolunu müəyyənləşdirəcək.

C.Baydenin reytinqi yüksək olsada, Trampın seçilməsi daha real görünür. Təbii ki, hər iki şəxs ABŞ-ın milli strategiyasından çıxa bilməz. Buna baxmayaraq hər iki partiyanın müəyyən izlədiyi xarici siyasi xətt var. Ona görə də Cənubi Qafqaz və Azərbaycan üçün məqbul olan əsas siyasi xəttə malik məhz Respublikaçılar Partiyasının namizədi D. Trampın qalıb gəlməsidir.

D. Tramp Demokrat Sabiq Obama administrasiyasının üzvü C. Baydendən fərqli olaraq Türkiyə və Azərbaycana qarşı siyasi xətti müsbətdir və biz bunu dörd il ərzində müşahidə etmişik. Məhz Trampın Qarabağ məsələsində neytrallağı və bu illər ərzində Azərbaycana hərbi yardımı xüsusi bir əhəmiyyətə malikdir.
Məhz D. Tramp Azərbaycana 100 milyon dollardan artıq hərbi yardım edib. Qarabağ separatçılarına humanitar yardımı dayandıraraq, Ermənistana maliyyə yardımını azaldıb. Qeyd edim ki, Tramp adminstrasiyasının sabiq üzvü Boltonun iki il bundan əvvəl, regiona səfəri çərçivəsində Ermənistanın işğala son verərək, Qarabağı boşaltması, Türkiyə və Azərbaycanla əlaqələrin qurulması üçün danışıqlar aparmışdı. Bu, onu göstərir ki, Tramp növbəti dəfə dörd il ərzində prezident olması, ABŞ -Azərbaycan əlaqələrinin inkişafı, hətta hərbi- texniki müstəvidə inkişafına töhfə verə bilər.
ABŞ -da ermeni lobbisinin əsas dəstək verdiyi C.Baydendi və bunun əsas səbəbi Baydenin anti-Türkiyə siyasətidir.

D. Tramp prezident kürsüsündə qalarsa, rəsmi Bakı ABŞ-la əlaqəni gücləndirməli, Türkiyə və Azərbaycan lobbisin inkişafi üçün çalışmalıdır. Trampın növbəti hakimiyəti Azərbaycan üçün yeni şanslar yaradacaq. Bundan Azərbaycan maksimum istifadə etməlidir. Gələcəkdə, ABŞ siyasi sistemində mövqeyimizi qoruya bilək".

(Sonxeber.az)