İqtisadiyyat

Bakının bəzi yollarında rənglənmə işləri aparılacaq

Bakıda bəzi yollarda nişanlama xətlərinin rənglənməsi işləri aparılır.

 

kanal14.az APA-ya intinadən xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə,  avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Qaradağ rayonu, Salyan şosesindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə (Sahil qəsəbəsi) qədər və Zığ şosesi, Cəmşid Naxçivanski adına Hərbi Liseydən Hövsan qəsəbəsi istiqamətində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq.

 

"Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.