İqtisadiyyat

Daşkəsəndə 24.5 kilometrlik yolun tikintisi yekunlaşır

Uzunluğu 24.5 km olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolu layihəsində işlər artıq yekunlaşır.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Texniki dərəcəyə uyğun yolun hərəkət hissəsi 6 metr təşkil edir. Bu çərçivədə hazırda torpaq işləri bitənərazilərdə, daha dəqiqi 150 min kv.m-ə yaxın sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

 

Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı inkişaf edəcək. Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.