İqtisadiyyat

"Urals" nefti noyabrda 1,4 dəfə ucuzlaşıb

"Urals" nefti noyabrda 1,4 dəfə ucuzlaşıb
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Noyabr ayında Rusiyanın "Urals" markalı neftinin orta illik qiyməti illik müqayisədə 1,4 dəfə azalaraq bir barel üçün 43,32 ABŞ dolları təşkil edib. Son bir ayda isə azalma 6,9% olub.

Kanal14.az bildirir ki, 2019-cu ildə "Urals"ın orta qiyməti 63,34 dollar təşkil edib.

Məlumata görə, 2020-ci ilin yanvar-noyabr aylarında "Urals" neftinin orta qiyməti 41,04 dollar, 2019-cu ilin müvafiq dövründə isə 63,51 dollar olub. Göründüyü kimi, azalma 35%-dən çox olub.

(Apa.az)