kanal14.az
kanal14.az

“Qarabağ” stadiona gec gəldiyi üçün cərimələndi

“Qarabağ” stadiona gec gəldiyi üçün cərimələndi
15-09-2020, 17:42 41 dəfə baxılıb

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Kanal14.az PFL-in saytına istinadla xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 2-ci turu ilə bağlı qərarlar verilib.

"Keşlə” – "Qarabağ” oyununda Ağdam klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün klub 800 manat cərimə olunub.
"Qarabağ” stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün də 800 manat cərimə olunub.

"Neftçi” – "Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Səbail” – "Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

"Sabah” – "Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Qəbələ klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA