kanal14.az
kanal14.az

Hacıqabulda minik avtomobili aşıb, sürücü öldü

Hacıqabulda minik avtomobili aşıb, sürücü öldü
15-09-2020, 15:30 42 dəfə baxılıb

Hacıqabulda minik avtomobili aşıb, sürücü öldüHacıqabul rayonunda yol qəzası baş verib.

Kanal14.az "Report"-un Aran bürosuna istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 1990-cı iltəvəllüdlü Elvin Sayadxan oğlu Hüseynov idarə etdiyi "Hyundai" markalı avtomobillə magistral yolda hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə minik avtomobili qarşıda gedən yük maşınının arxa hissəsinə dəyib. Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunması üçün tibbi-ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA