Hadisə

Uşağının gözü önündə arvadına işgəncə verib QANA BOYADI - FOTO

Uşağının gözü önündə arvadına işgəncə verib QANA BOYADI - FOTO

Türkiyənin Adana şəhərində ər qızının gözü önündə həyat yoldaşını döyüb, başına açarla vuraraq qadına işgəncə verib.

Uşağının gözü önündə arvadına işgəncə verib QANA BOYADI - FOTO

Kanal14.az-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, Hakan K. və Pınar K. cütlüyü, Pınar K.'nın atasının verdiyi pul ilə maşın alıblar. Lakin maşın alındıqdan sonra Hakan K. bu pula görə daim həyat yoldaşı ilə mübahisə edib, dəfələrlə "o pulu məndən istəsən, səni boşayacam" deyərək döyüb.

Ər-arvad 6 yaşlı qızları ilə evə qayıdarkən pul problemi yenidən mübahisəyə səbəb olub və kişi arvadını küçənin ortasında döyməyə başlayıb, əlindəki açarla dəfələrlə qadının başına vurduqdan sonra isə hadisə yerindən qaçıb.

Anasını qan içində görən uşaq göz yaşlarına boğulub. Ətrafdakı insanlar hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar.

 

Qadın xəstəxanaya yerləşdirilib, uşağı isə nənəsi Seniha K. özüylə aparıb.

Döyülən qadının anası Seniha K.-nin sözlərinə əsasən, Hakan bir il ərzində onun qızına işgəncə edib, lakin uşaqları olduğu üçün səbr edirlər.

Uşağının gözü önündə arvadına işgəncə verib QANA BOYADI - FOTO

Uşağının gözü önündə arvadına işgəncə verib QANA BOYADI - FOTO