Hadisə / Dünya

Timsah balıqçını həyat yoldaşının gözü önündə YEDİ

Timsah balıqçını həyat yoldaşının gözü önündə YEDİ

Hindistanın Qərbi Benqal ştatındakı Patar Pratima bölgəsində timsah balıqçını həyat yoldaşının gözü qarşısında parçalayıb.

Kanal14.az-ın verdiyi xəbərə görə, bu barədə "İndia Blooms" yazır.

 
Belə ki, iyunun 24-də Vişnupada Santra xanımı ilə balıq tutarkən gözlənilmədən çaydan çıxan timsah onu ayağından tutaraq suya atıb.

Həyat yoldaşı Vişnupadanı əllərindən tutub sahilə çıxarmağa çalışsa da, gücü çatmayıb. Nəticədə timsah onun gözü önündə Santranı diri-diri yeyib.

Yerli sakinlərin hadisə yerinə çağırdığı hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparsalar da, balıqçının meyitini tapa bilməyiblər.