Hadisə / Dünya

Qırğızıstan PA-nın 8 əməkdaşı koronaya yoluxdu

Qırğızıstan Prezident Aparatının səkkiz əməkdaşında koronavirus infeksiyası aşkarlanıb.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı Sooronbay Jeenbekovun rəhbərliyi ilə Moskvaya səfər edən nümayəndə heyətinin iki üzvündə - Aparatın xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkovda və mühafizə xidmətinin bir əməkdaşında koronavirus aşkarlandıqdan sonra Bişkekdə Prezident Aparatının bütün əməkdaşları test veriblər.

Virusa yoluxan səkkiz əməkdaş ev şəraitində müalicə ediləcək. Aparatın digər əməkdaşları isə onlayn qaydada işləyəcəklər.

Qırğızıstanda epidemioloji vəziyyət gərginləşməkdə davam edir. Son sutkada ölkədə 250 nəfər virusa yoluxub və xəstələrin sayı 4204-ə çatıb. Ölkədə bu virusa yoluxan şəxslərdən 43-ü ölüb. Virusa yoluxan 669 tibb işçisinin 403-ü sağalıb.