Hadisə

Beyləqanda iki maşın toqquşdu

Mayın 28-də saat 10 radələrində Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi "QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.

Kanal14.az bildirir ki, Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada dünyasını dəyişib.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.