Hadisə

Keçmiş məhkum uşaq bağçasından oğurluq etdi

 
Keçmiş məhkum uşaq bağçasından oğurluq etdi



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 



Bakının Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən uşaq bağçalarından birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən xəbərə görə, naməlum şəxs pəncərədən içəri daxil olaraq oradan kompüter avadanlıqları və müşahidə kanerasının yaddaş blokunu oğurlayıb.

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, Ağdaş rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Habil Seyidov saxlanılıb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən "Rus Dili Mərkəzi”ndən, həmçinin 3 kafe və 1 "play station” salonundan ümumilikdə 4 televizor, oyun aparatları və sair qiymətli əşyalar oğurladığı məlum olub. Habil Seyidov zərərçəkən obyekt sahiblərinə ümumilikdə 10 manata yaxın maddi ziyan vurub.

Qeyd edilən xüsusatlarla saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayətlər törətməkdə şübhəli bilinən Habil Seyidov tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.(Lent.az)