Hadisə

Göyçayda 35 yaşlı Elşən İbrahimov da ürəyindən vuruldu


Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimov Elşən Tofiq oğlu küçədə naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Trend bildirir ki, yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanıb.

Virtualaz.org xatırladır ki, bu gün səhər Bakıda da analoji hadisə baş verib. Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93 ünvanında 20 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb. Amma E.İsgəndərovdan fərqli olaraq o, xəstəxanaya aparılanda yolda dünyasını dəyişib.