Hadisə

Bakıda qanlı hadisə — Qardaş bacısını bıçaqladı

http://olke.az/uploads/1550640311/bicaq.jpg
 
Gecə saatlarında paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

 32 yaşlı  Xatirə Xeyrulla qızı Nağıyeva yaşadığı ünvanda qardaşı Nağıyev Orxan Xeyrulla oğlu tərəfindən bıçaqlanıb. Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan yaralının bədənində həkimlər 3 bıçaq yarası aşkar ediblər. Orxan Nağıyevin yaxınlarının dediyinə görə  son bir həftədir onun səhhətində ciddi problemlər olub.

Faktla bağlı Xətai rayon 35-ci polis bölməsində araşdırma aparılır.