Hadisə

“Yaşa Bakinski”ni qətlə yetirən qohumuna hökm oxundu

http://olke.az/uploads/1552367704/kriminla.jpg
 
 Kriminal avtoriteti öldürməkdə təqsirli bilinən Elxan Şıxbaba oğlu Ağayev Ali Məhməkəyə şikayət edib.

Təqsirləndirilən şəxsin şikayətinə mart ayının 27-də hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.
Qeyd edək ki, 2017-ci il martın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Balaəhməd Əliməmməd oğlu Balaəhmədovu bıçaqla qətlə yetirib.

Cinayəti törətmiş E.Ağayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb. 

Saxlanılan şəxs ifadəsində bildirib ki, 1 ay bundan əvvəl B.Balaəhmədov onu bıçaqlayıb. İndi isə E.Ağayev qisas məqsədilə B.Balaəhmədovu öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən E. Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, qətlə yetirilən Baləhməd Balaəhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə "Yaşa Bakinski” ləqəbi ilə tanınıb.