Hadisə

Bakıda qətl törədən 20 yaşlı gəncin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 16-na təyin edilib.

 

Ötən il dekabr ayının 18-də Sabunçu rayonunda E.Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.

Sabunçu Rayon Polis İdarsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb.