Gündəm

Tehran Danimarkanın İran kəşfiyyatının qanunsuz fəaliyyəti barədə ittihamlarını rədd edib

Tehran Danimarkanın İran kəşfiyyatının qanunsuz fəaliyyəti barədə ittihamlarını rədd edib
 
 
 
 
 
 
 
 
 
 

Rəsmi Tehran Daniramkanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin rəhbərinin İran xüsusi xidmətlərinin Danimarkada qeyri-qanuni fəaliyyəti barədə bəyanatlarını rədd edib.

 Bu barədə İranın xarici işlər naziri Bəhram Qasemi bildirib.

B.Qasemi "düşməncəsinə" olan bəyanatları rədd edib: "Belə bəyanatlar möhkəm və müasir ciddi, xüsusi şəraitdə daim inkişaf edən İran-Avropa münasibətlərinə qarşı olan planlara uyğundur".

Xatırladaq ki, daha əvvəl Danimarka höküməti Tehrandakı səfirini geri çağırıb.

 

Qeyd edək ki, Danimarkanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin ("PET") rəhbəri bildirimişdi ki, İranın xüsusi xidmətləri Danimarka ərazisində qətl hazırlayırmış.

Yerli "Local" nəşri bildirir ki, qərlin hazırlanmasında 21 oktyabr İsveçin Hötüborq şəhərində saxlanılan İran əsilli Norveç vətəndaşı ittiham olunur.

"PET" rəhbərinin sözlərinə görə, sui-qəsd Əhvazın azadlığı uğrunda mübarizə üzrə Ərəb hərəkatının Danimarka bölməsinin liderinə (İranın Huzistan əyalətində müstəqil ərəb dövlətinin yaradılmasını dəstəkləyən qruplaşma "ASMLA") qarşı hazırlanırmış. İran hökuməti "ASMLA"nı terror təşkilatları siyahısına daxil edib./ Trend